17 yaşlı Rəhimin məhkəməsi oldu - Hakim qərar vermədi

15:46 - 20 Fevral 2018 - HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib.
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə R.Rəhimovun vəkilinin təkrar avto ekspertiza keçirilməsi barədə vəsatəti elan edilib. Müdafiə tərəfi qəza zamanı hava şəraitinin nəzərə alaraq R.Rəhimovun hadisənin qarşısını almaq imkanı olub-olmamasına təkrar qiymət verilməsini istəyib. 

 

Dövlət ittihamçısı bildirib ki, hadisə yerinin avto ekspertizası istintaq zamanı keçirilib və buna ehtiyac yoxdur. 
 

Məhkəmə kollegiyası müşavirədən sonra vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib. 
 

Prosesdə şahidlərin dindirilməsi mərhələsi məhdudlaşdırılıb. Səbəblərin tədqiqi mərhələsinə başlanılıb. 
 

Daha sonra məhkəmə istintaqının yekunlaşdırılması təklif edilib. Tərəflər razılıq versə də, hakim Ramella Allahverdiyeva bəzi sənədlərlə tanış olmaq istədiyini bildirib. Buna görə də istintaqın tamamlanmasına qərar verilməyib. 
 

Proses fevralın 27-də davam etdiriləcək.

Xəbər xətti