Əziz Orucovun apellyasiya şikayəti təmin edilməyib

14:46 - 20 Fevral 2018 - HADİSƏ

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
 

Qeyd edək ki, Ə. Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ə. Orucov ittihamları qəbul etmir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti