Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində küllü miqdarda narkotik vasitə hesab edilən marixuana kolları aşkar edilib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nağıyev Bəhmən Zabil oğlunun evindən ayrı-ayrı yerlərdən 2 kq və 1.5 kq qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin onun həyətyanı sahəsindən 86 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanıb və B.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, saxlanılan şəxs ilkin ifadəsi zamanı uzun müddətdir ki, bu işlə məşğul olduğunu bildirib.