Bakıda meyiti tapılan gəncin kimliyi məlum oldu — FOTO

09:57 - 20 Fevral 2018 - HADİSƏ

Dünən səhər saatlarında Bakının Nizami küçəsi ("Tarqovıy" məhəllə adlanan ərazi) 50 ünvanının qarşısında meyiti tapılan gəncin şəxsiyyəti müəyyənləşdirilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ölən şəxsin Abbasqulu Abbaszadə küçəsində yaşayan 1986-cı il təvəllüdlü Mikayılov Rasim Sərdar oğlu olması müəyyən edilib.

Ölən şəxsin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.  Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.

Xəbər xətti