Ər-arvad dəm qazından öldü: Gəncədə FACİƏ

12:02 - 19 Fevral 2018 - HADİSƏ

Gəncədə ər-arvad dəm qazından boğularaq ölüb.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb.
 
Həmin ünvanda yaşayan, 1962-ci il təvəllüdlü Abbasov Adil Yusif oğlu və onun həyat yoldaşı, Abbasova Yeganə Nazim qızı evdə dəm qazından boğularaq ölüblər. Onların meyiti səhər saatlarında aşkar edilib.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti