Qəzada həlak olan evin tək qızı imiş...

11:44 - 19 Fevral 2018 - HADİSƏ

Xəbər verdiyimiz kimi,Salyanda mikroavtobusun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Dəhşətli qəzada ölənlərdən biri Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi 18 yaşlı Asif Qardaşov olub.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, bu, Qardaşovlar ailəsində bir il ərzində baş verən ikinci faciədir. Asifgil ailədə 4 uşaq olublar. Belə ki, Asifin qardaşı da ötən il vəfat edib. 
 

Qəza nəticəsində ölən mikroavtobusun digər sərnişini 17 yaşlı Şəbnəm Musayeva isə ailənin tək övladı olub. Psixoloq Bahar Mustafayeva sosial şəbəkədə Şəbnəmin onun pasinenti olduğunu və xəstə anasının qızını zorla böyütdüyünü yazıb:
 

“Nazlı pasientim, tərbiyəsi, mehribanlığı, məsuliyyəti ilə seçilən Şəbnəm bu səhər Bakıya gələndə yol qəzasında dünyasını dəyişib. O, ananın tək övladı idi. Xəstə qadın gözünü ona dikmişdi. 17 yaşlı nazlı bir qız, onunla bərabər neçə insan, bir sürücünün səhvi ucbatından həyatlarını itirdi, bəziləri şikəst oldu”.

Xəbər xətti