Türkiyənin Tokay əyalətində sərnişin avtobusunda azərbaycanlılara aid 17 kiloqram 421 qram heroin ələ keçirilib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, avtobusun baqajına baxış keçirilən zaman idman çantasının içərisində 17 paket 8 kiloluq narkotik vasitə aşkarlanıb.
Çantanın azərbaycanlı A.M və T.N-ə aid olduğu məlum olub.
Ələ keçirilən heroinin bazar qiymətinin 3 milyon TL (təxminən 1 milyon 400 min AZN) olduğu qeyd edilir.