Televizora baxmağa görə polis qardaşı öldürən HAKİM QARŞISINDA

12:54 - 16 Fevral 2018 - HADİSƏ

Polis olan qardaşını öldürməkdə təqsirləndirilən Əliyev Əli Ramazan oğlunun cinayət işi üzrə məhkəmə başlayıb.

 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
 
Məlum olub ki, təqsirləndirilən şəxs 1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur.
 
Ölən qardaşı Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.
 
 
 Qeyd edək ki, hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib. Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb. Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmağa görə mübahisə ediblər. Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirib.
 
Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.
 

Xəbər xətti