AFFA-nın mərhum prezidentinin oğlu faciəli şəkildə öldü

11:16 - 15 Fevral 2018 - HADİSƏ

Sabirabad rayonunda avtomobil qəzasında dünyasını dəyişən Anar Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov məlumat verib. V.Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğlu idi. A.Mirzəyev ailəlidir.

Xəbər xətti