Apellyasiya Məhkəməsi güzəşt etmədi

10:04 - 14 Fevral 2018 - HADİSƏ

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, erməni əsilli Marat Ueldanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, Rusiya vətəndaşı M.Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb. Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
 

O, hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək prosesdə M.Ueldanova güzəşt edilməyib, onun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.

Xəbər xətti