Deputatın oğlu məhkəmədə jurnalisti bağışladı

14:00 - 30 Dekabr 2017 - MEDİA

Bakı Ağır cinayətlər məhkəməsində BakiPost saytının baş redaktoru Elçin Zahiroğlu barəsində qaldırılan cinayət işinin məhkəmə prosesi sona çatıb. 1news.az-ın verdiyi məlumata əsasən, İradə Həsənzadənin rəhbərliyi altında hakimlər kollegiyası E.Zahiroğlunun şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu cəzanın 1,5 ili sınaq müddəti sayılır. Həmçinin E.Zahiroğluya cəzanın bitməsindən sonra 3 il müddətində jurnalits fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. E.Zahiroğluya belə yumşaq cəza verilməsinin səbəbi, zərər çəkmiş Həbib Axundovun onu məhkəmə gedişatında bağışlaması və hakimlər kollegiyasından onun barəsində sərt hökm çıxarmamaq barəsində xahişi olub. Öz növbəsində, Həbib Axundovun belə humanistik qərar almasına səbəb isə E.Zahiroğlunun iki azyaşlı uşağı olması olub.

Xatırladaq ki, BakiPost saytının baş redaktoru Elçin Zahiroğlu daha öncə АzNews.az saytının rəhbəri olub.

O keçmiş deputat Sabir Rüstəmxanlının qardaşı oğludur. Bu ilin yayında E.Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Axundov Həbib Ramiz oğlu barəsində böhtanlı məqalə yazıb. Məqalədə o, H.Axundovun suda boğulmuş Miss Lafarella konkursunun iştirakçısı Günel Mirzəyevanın ölümü ilə bağlantısı olması barədə çirkin insinuasiyalar yerləşdirir.

H.Axundovu bu məqaləni dərc etməklə hədələyən jurnalist ondan külli miqdarda pul tələb etməyə başlayıb. Lakin zərər çəkən reketlə məşğul olan jurnalsti cəzalandırmaq üçün qəsbkarlıq faktı barədə məlumatı Mütəşəkkil cinayətlə mübarizə şöbəsinə ötürür. Öncədən işarələnmiş əskinazlar mərhum xanımın ləyaqətinə xələl gətirə biləcək məqalənin dərc olunmaması qarşılığında jurnalistə verilir. Bu zaman Elçin Zahiroğlu cinayət üstündə polis əməkdaşları tərəfindən saxlanılır.

Onun barəsində istintaq 3 ay davam edir və jurnalist bu müddəti ev dustağı qismində keçirir.

E.Zahiroğlu Azərbaycan Cinayət məcəlləsinin 182.2.4 maddəsi (Zərər çəkənə əhəmiyyətli ziyan vurmaqla qəsbkarlıq) ilə ittiham olunub.

Qeyd edək ki, bundan əvvəl 1news.az “Elmira Axundovanın oğlu Miss Lafarella müsabiqəsinin iştirakçısı Günel Mirzəyevanın  ölümü ilə bağlı KiV-lərdə yayılan bötana cavab verdi” məqaləsində olayla bağlı Həbib Axundovun nəzər nöqtəsini dərc edib.

Bu məqalədə H.Axunov Azərbaycan mətbuatına müraciət edərək, onunla bağlı başladılmış çirkin kampaniyaya son və mərhum G.Mirzəyevanın adının hallandırılmasına son qoymaq barəsində xahiş edir.

1news.az

Xəbər xətti