“Mən “qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz burada edin"
Müğənni Nazim Pişiyarinin efirdə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Ucnoqta.az Yenicag.az-a istinadən xəbər verir ki, toylarda ifa olunan mahnılardan söz açan “Faytonçu” məsələyə münasibət bildirərkən rayonluları aşağılayıb: “Mən “qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı”.