Baş nazir işçilərlə bağlı qaydaları təsdiq etdi

09:43 - 19 Dekabr 2017 - Xəbər

Baş nazir Artur Rasizadə “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”nı və “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nı təsdiq edib.
 

Ucnoqta.a “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinə bir ay müddətində “Pulsuz müalicə-profilaktik yeməklərin rasionunu və vitaminli preparatların tərkibi”ni təsdiq etmək tapşırılıb. 

Xəbər xətti