Gömrük Komitəsinin sabiq əməkdaşı məhkəmə qarşısında

15:51 - 18 Dekabr 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Gömrük Komitəsinin sabiq əməkdaşı Möhöbbət Əhmədovun məhkəməsi keçirilib.
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən bildirir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə baxış iclası keçirilib. M.Əhmədov özünü qismən təqsirli bildiyini deyib.
 

O ifadə verərək deyib ki. zərərçəkmiş Nizaməddin Məmmədovdan 113 min manat alaraq onu Mədəni-Maarif Texnikumuna direktor təyin etdirəcəyini vəd edib: “Mən bu işi Eldarın vasitəsilə həll edəcəkdim. Pulu da ona verdim, sonra Eldar intihar etdi. İş də alınmadı. Sonra da Nizaməddinə 31 min manat qaytardım”.

Proses dekabrın 25-də davam etdiriləcək.

Xəbər xətti