İran XİN başçısının Azərbaycana səfər proqramı açıqlanıb

21:29 - 18 Dekabr 2017 - Xəbər

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 19-da Azərbaycana gələcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

M.C.Zərifin Azərbaycana səfərinin əsas məqsədi dekabrın 20-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçiriləcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi gözlənilir.

Xəbər xətti