Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Azərbaycan yığmasının və "Synergy Baku" klubunun üzvlərinin velosipedləri özlərinə qaytarılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Velosiped Federasiyasından məlumat verilib.
Məlumata görə, ötən gün axşam saatlarında Yol Polisi cərimə meydançasında olan velosipedlərin götürülməsi üçün federasiyaya məlumat verib.
Xatırladaq ki, Azərbaycan yığmasının və "Synergy Baku" klubunun velosipedçiləri ötən gün aeroport yolundakı şosedə məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
İdmançılar və onları müşayiət edən avtomobil Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib.