Türk filmlərindən tanıdığımız məşhur aktyor Oktay Kaynarcanın açı bir həyatı olub.
“Kurtlar Vadisi” filmi ilə məşhurlaşan aktyorun bir çoxlarının bilmədiyi həyat heyakəsi var. Belə ki, aktyor hələ uşaq olarkən atasını itirmişdir.
Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, belə ki, Kaynarca ailəsi Almaniyada yaşayırmış. Onda hələ aktyorun 5 yaşı var idi. İstanbulda yaşayan əmisi Adil Kaynarca isə həyat yoldaşını tətil üçün Berlinə göndərirdi. Bu dəfə də qardaşına zəng vuran Adil Kaynarca ondan həyat yoldaşını hava limanında qarşılamağı istəyir. Oktayın atası Özcan Kaynarca qardaşının həyat yoldaşı ilə avtomobildə gedərkən qəzaya düşür və həlak olurlar. Ailə başçılarının məsləhəti ilə anası Oktayın əmisi ilə evlənib. Aktyor o zaman hələ uşaq olduğundan əmisinin atası olduğunu bilmirdi. Oktay çox illər sonra bu sirri öyrənib. Sevilən aktyor bu böyük sirri əmisi vəfat etdikdə “əmimi və atamı itirdim” deyə paylaşmışdı.