Qırğızıstanın paytaxtı Bişkəkdə çəkilmiş bu görüntülər böyük qalmaqala səbəb olub. Ucnoqta.az türk mətbuatına istinadən xəbər verir ki, qarda taqətsizlikdən yıxılıb qalmış uşağa təpik atan valideynin görüntüləri hadisəni izləyən bir nəfər tərəfindən çəkilib.
Ayağa qalxmaqda çətinlik çəkən azyaşlını seyr edən ata onun qalxması üçün ayağı ilə zərblə vurur. Daha sonra isə qolundan sürüyərək aparmağa başlayır. Polis videogörüntü hesabına həmin şəxsi yaxalamağı bacarır.
Bu görüntülər isə sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.