"Bu mahnı musiqisinə görə yox, mənim ifamda sevildi"
Müğənni Sevinc Musayevanın “İstanbulda liman” mahnısına görə müəllif Sevinc Ağasıyeva ilə arasında qalmaqal yaşanıb. Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bəstəyə klip çəkdiməsinə müəllif əsəbiləşdiyini deyib.
O bildirib ki, ekran işini yüklədiyi bütün “Youtube” kanalları bağlatdırılıb:
“Siz paxıllar, savadsız, yaxşılıq başa düşməyən, hamam suyu ilə özünə dost tutanlar... “Youtube” kanalında 10 günə 120 min baxış sayı olan bu klipimizi siz sildirməkdə olun. Mən komandamın zəhməti ilə ərsəyə gələn ekran işimi yaşatmağımla məşğulam. Daha susmayacam. Tikan olub mənə səbəbsiz yerə batanların, ürəyimə toxunanların gözünü qanadacam. Bu mahnı musiqisinə görə yox, mənim ifamda sevildi. 2012-ci ildə yazılan bu mahnının təkcə musiqisini kimə dinlətsəm, gülməkdən ölər. Məhz mənim ifam, sözlər buna rəng qatdı. Kiminsə zəhmətini yerə vurmaq yalnız acgöz, Allahı tanımayan, ürəyində iblis gəzdirən adamlara aiddir”.