Kiyevdə mitinq iştirakçıları Ukrayna daxili işlər nazirinin müavini Zoryan Şkiryakanı döyüblər. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir müavini məhkəmə binası qarşısında hücuma məruz qalıb. Qeyd edək ki, Ukrayna Ali Məhkəməsi qarşısında daha əvvəl mühakimə olunan sərhəd keşikçisinə dəstək mitinqi keçirilir. Şkiryakı məhkəmə binasının çıxışında 100-ə yaxın insandan ibarət kütlə əhatəyə alıb. Onlar “axır ki, əlimizə düşdün” deyə nazir müavinini döyməyə başlayıblar.