Üç azyaşlı uşaq atası özünü damdan atmaq istəyir: tikinti özbaşınalığına etiraz olaraq - YENİLƏNİB- VİDEO

16:21 - 6 Noyabr 2017 - HADİSƏ

Bakıda intihara cəhdin qarşısı alınıb.  Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının intihara cəhd edən Bakı sakini Ruslan Məhərrəmovla apardıqları söhbətdən sonra o, fikrindən daşınıb. R.Məhərrəmov binanın damından düşürülüb. Apa

16:21

Bakının Yasamal rayonunda,  Zahid Xəlilov küçəsi, 30A, 36A, 36B, 36V, Əhməd Cəmil küçəsi, 23, 25, 27 və Şəhriyar küçəsi, 5 ünvanında yerləşən binaların həyətində çoxmərtəbəli bina tikintisinə etiraz edən sakinlərdən biri intihar etmək istəyir. Doqquzmərtəbəli binanın damına çıxan sakin özünü atacağını bildirib. Əraziyə polis əməkdaşları  gəlib, onlar intihara cəhd edən vətəndaşı fikrindən çəkindirməyə çalışırlar.

Bu barədə virtualaz.org saytına sakinlər məlumat veriblər. İntihara cəhd edən şəxsin kimliyi məlum deyil, ancaq qonşuları onun üç azyaşlı uşaq atası olduğunu deyirlər.

Xatırladaq ki, virtualaz.org oktyabrın 25-də həmin ünvanda “Elit City MMC şirkəti tərəfindən tikintiyə hazırlıq məqsədi ilə həyətdəki ağacların kəsilməsi barədə sakinlərin şikayətini, foto və videokadrları yaymışdı.

Sakinlərin gözlərinə görə, 20 dəqiqədən artıqdır ki, polislər narazı sakinlə söhbət aparır. “Ötən həftədən bina tikintisinə başlanılıb, ərazidəki su quyusu dağıdılıb. Dəfələrlə etiraz etsək də, nəticəsi olmadı”, sakinlər deyiblər.

Sakinlər ağ parçaya tikintiyə etiraz etdiklərini yazaraq binadan asıblar. Lakin bu gün tezdən polis əməkdaşları plakatların yığışdırılması üçün xəbərdarlıq ediblər. Plakatlar yığışdırılandan sonra isə sakin etirazını intihar etməklə bildirməyə çalışır. Hazırda ərazi nəzarətdədir və sakinlə danışıqlar aparılır.

Qeyd edək ki, 9 mərtəbəli binaların əhatəsində yeni bina tikiləcəyi halda həyətə nəinki avtomobillərin, hətta sakinlərin belə giriş-çıxışı çətinləşəcək.

Yasamal rayonun keçmiş icra başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunmadan 10 gün əvvəl “Elite City” MMC tərəfindən göstərilən ünvanda-9 mərtəbəli yaşayış binalarının həyətində yeni çoxmərtəbəli bina tikintisinə icazə verilməsi üçün sərəncam imzalayıb. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi isə ərazidə yenidən ekspertiza aparılmasına qərar verib. Qərar icra olunmadan tikintiyə başlanılıb.

 

Xəbər xətti