Ukraynanın “Espresso” telekanalı iki nəfərin ölümü, 3 nəfərin isə yaralanmasına səbəb olan partlayışın videosunu əldə edib. “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, yaralılardan biri Ali Radanın deputatı İqor Mosiyçuk olub. Həmkarlarının sözlərinə görə, son vaxtlar Mosiyçuk deputat fəaliyyəti ilə əlaqədar təhdidlər alırdı.
Xatırladaq ki, partlayışda deputatın mühafizəçisi ilə yoldan keçən polis əməkdaşı ölüb.