Malayziyada iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 8 nəfər ölüb, həmçinin 33 nəfər yaralanıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, qəza ölkənin cənub-qərbində qeydə alınıb. Seberanq Pray rayon polisinin məlumatına görə, Nepal və indoneziyalı fəhlələri daşıyan avtobus nasazlıq səbəbindən yolda dayanıb. Daha sonra içərisində 15 nəfərin olduğu digər avtobus ona çırpılıb.