Xüsusi təyinatlı qüvvələr sərhədi keçdi: MƏHVETMƏ PLANI – VİDEO

11:59 - 18 Oktyabr 2017 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri 2008-ci ildə həyata keçirilən "Günəş əməliyyatı”ndan sonra ilk dəfə Şimali İraqda əməliyyata başlayıb.

Oktyabrın 16-da gecə saat 00:03-də Çukurcadan sərhədi keçən xüsusi təyinatları qüvvələr PKK-nın ən əhəmiyyətli düşərgələrinin yerləşdiyi Zap vadisinə daxil olub. Hədəf terror təşkilatının lojistik mərkəzi olan Taştəpə bölgələridir.

Əməliyyatda F-16 döyüş təyyarələri, həmçinin, döyüş helikopterləri ilə pilotsuz uçan aparatlar (İHA) da iştirak edir. İki gün içində 16 terrorçu məhv edilib, 4 xüsusi təyinatlı əsgər şəhid olub.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar Zap vadisinin hər tərəfinin minalandığını deyir.

"Buna görə də əməliyyat çətinliklə davam edir. Lakin Taştəpə bölgələrinin hədəfə alınması terror təşkilatına böyük zərbə olacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Şimali İraqda başlanan əməliyyat PKK-nı məhv etmək hədəfinin əsas hissəsidir.

 

/publika.az/

Xəbər xətti