Sinoptiklər xəbərdarlıq edirlər ki, artıq Yer kürəsini cənginə almış ən güclü maqnit qasırğasının 13-14 oktyabrda pik səviyyəsi olacaq. Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, onun təsirinin altına meteohəssas insanlarla yanaşı, elektronik sistemə də təsir göstərəcək. Bu mənada, TV və radiosiqnalların keyfiyyəti pisləşə, hətta peyklər sıradan çıxa bilər.
FOBOS hava Mərkəzinin məlumatına görə, maqnit tufanlarının təsiri insanlarda demək olar ki, həmişə pis əhvalla səciyyələnir: baş ağrıları, miqrenlər, ürək döyünməsinin çoxalması, yuxusuzluq, təzyiqin düşməsi və s.