Hərbi təyyarə polis məntəqəsinə çırpıldı - VİDEO

10:09 - 5 Oktyabr 2017 -

Perunun “Masamari” aviabazasında ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus “An-32” təyyarəsi polis məntəqəsinə çırpılıb. Ucnoqta.az publika.az-a istinadən xəbər verir ki, buna təyyarənin uçuş-eniş zolağından kənara çıxması səbəb olub. İlkin versiyaya əsasən, təyyarənin əyləc sistemində problem yaranıb. Təyyarədə təxminən 70-dək hərbçi olub. İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

 

Xəbər xətti