7 il ana ola bilməyən qadın üçəm dünyaya gətirdi - VİDEO

09:40 - 21 Sentyabr 2017 - Xəbər

Bakıda 7 ildir ana ola bilməyən qadın üçəm dünyaya gətirib. 27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də ona bu sevinci ali dərəcəli mama-ginekoloq Səbinə Mirzəyeva yaşadıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib. Əzizə Haqverdiyeva hisslərini Space Tv-də yayımlanan “Hər gün” informasiya proqramı ilə bölüşüb: “Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”. ("Qafqazinfo")

 

Xəbər xətti