Xoşqədəm Baxşəliyevanın təqdimatında efirə gedən "Səni axtarıram" verilişində şok hadisənin yeni görüntüləri yayılıb. Kadrlardan göründüyü kimi ana 20 ildir öz oğlunu zəncirdə saxlayıb. Çəkiliş zamanı iddiaların hamısının gerçək olduğu məlum olub. Çəkiliş zamanı Xoşqədəm Baxşəliyeva göz yaşlarına boğulur. Ürəksızladan mənzərə aparıcıya çox pis təsir edib.
Böyük səs-küyə səbəb olacaq hadisənin görüntüləri bir insanın acınacaqlı vəziyyətini gözlər önünə sərir. Ana iddia edir ki, övladı xəstə olduğu üçün onu ayağından zəncirləyib.
İnsanları dəhşətə gətirəcək hadisənin görüntülərini təqdim edirik: