ABŞ-ın Texas ştatında əlləri qandalda olan qadın polislərin əhatəsində ikən asayiş keşikçilərinin maşınını qaçırıb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, insident avqustun 2-də baş verib və kameralar vasitəsi ilə müxtəlif rakurslardan lentə alınıb.
Məlumata görə, polis şübhəli qadını saxlayaraq avtomobilə əyləşdirib və maşının qapısını bağlayıb. Kadrlardan görünür ki, qız əli qandalda polislərin əhatəsində olan maşının içərisində oturub. Lakin cani macal tapan kimi qandalları necəsə açır və sükan arxasına keçir. Ardınca baş verənlər polis kameraları və maşında olan videoregistrator vasitəsi ilə qeydə alınıb.
Qadın maşını saatda 160 km sürətlə sürür. Hansısa məqamda o idarəetməni itirir və yol kənarına çıxır. Burada qadın onu təqib edən polislər tərəfindən yaxalanır.
Saxlanılan şəxsin sonrakı aqibəti məlum deyil.