Xalq artisti Aygün Kazımova instaqramda bir neçə gündür ki, müzakirələrə səbəb olan klipinin görüntülərini yayımlayıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni yarım milyonluq səhifəsində qalmaqallı ekran işində 20 saniyəlik video paylaşmaqla kifayətlənib.
Layihədə sənətçinin “fahişə” obrazını canlandırdığı da diqqətdən yayınmayıb. Bundan əlavə, klipdə əməkdar artist Nicat Kazımov da rol alıb.
Bu məqamda qeyd edək ki, “Sus” adlanan ekran işi bazar ertəsi xalq artistinin rəsmi “Youtube” səhifəsində yayımlanacaq.