"Barselona"nın hücumçus Lionel Messi "Real"ın müdafiəçisi Serxio Ramosu təhqir edib. Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, bu, sözügedən komandalar arasında İspaniya Superkubokunda keçirilən cavab oyununda baş verib. Madrid klubunun kapitanı ikinci hissədə topu əlinə alaraq, Messi ona yaxınlaşanaq qədər gözləyib, daha sonra isə kənara atıb. Nəticədə hisslərini cilovlaya bilməyən argentinalı hücumçu rəqibini təhqir edib. Messi Ramosu əclaf adlandırıb.
Qeyd edək ki, "Real" cavab matçında 2:0 hesabı ilə qalib gələrək fəxri mükafata sahib çıxıb.