Antalyada yol kənarındakı iti qəsdən əzib keçən sürücü tapıldı. Ucnoqta.az istipress-ə istinadən xəbər verir ki, polis avtomobilin sürücüsündən ilk ifadə alıb. O, dindirilmə zamanı “50 metr irəlidə duracaqdım, ancaq iti görmədim. Vicdan əzabım mənə bəs edər. Uşaqlarımın üzünə baxa bilmirəm” - deyib. İfadəsi alınandan sonra sürücü 206 lirə (100 AZN) cərimələnib daha sonra sərbəst buraxılıb.