Avaza turist zonasında məzuniyyətdə olan Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov yeni mahnı bəstələyib və həmin mahnını nəvələri ilə birlikdə ifa edib. Virtualaz.org “Türkmənistan xronikası” portalına istinadən xəbər verir ki, mahnı “Yadımda” adlanır.
Xatırladaq ki, Türkmənistan dövlətinin başçısı tez-tez yeni mahnılar yazır. Onun bəstələrindən biri bu ölkədə keçiriləcək Asiya Oyunlarının himni olacaq.