4 iyul ABŞ-ın müstəqillik günü münasibətilə "hot dog" yemə yarışı təşkil edilib. "Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yarışın qalibi 10 dəqiqəyə 72 "hot dog" yeməyi bacaran Coy Çesnat olub və o rekord qırıb. Bruklində təşkil edilən yarışın qalibi artıq 10-cu dəfədir ki, birinciliyi əldən vermir. Çesnat keçən il 70 "hot dog" yeyə bilmişdi. 2-ci yeri 62 "hot dog"la Mət Stoni qazanıb. Qadınların yarışında isə 41 "hot dog"la Miki Sudo adlı şəxs qalib olub.