Erməni rəqibinə qalib gələn türk güləşçi Azərbaycan bayrağını qaldırdı - VİDEO

12:23 - 5 İyul 2017 - İDMAN

Avropa çempionatında erməni rəqibinə qalib gələn türk güləşçi Azərbaycan bayrağını qaldırıb. Bu barədə Trend Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verir. Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında yunan-Roma güləşi üzrə 50 kq çəki dərəcəsində bürünc medal görüşündə erməni rəqibinə tam üstünlüklə qalib gələn Türkiyə güləşçisi Cemal Mutlu Azərbaycan bayrağı ilə qələbə dövrəsi vurub.

 

Xəbər xətti