Adanada mikroavtobus dəfndən qayıdanların avtomobili ilə toqquşub. Ucnoqta.az milli.az-a istinadən xəbər verir ki, qəzada bir ailənin 4 üzvü ağır yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Qəza xəbərini eşidən yaralı yaxınları yerdəki qanı görüncə, mikroavtobusa hücum çəkiblər. Polis qəzəbli kütləni bibər qazı ilə ərazidən uzaqlaşdırıb.
Hadisənin videogörüntüsünü təqdim edirik: