“Mənzil Məcəlləsinə çox aktual və hətta mən deyərdim ki, gecikmiş dəyişikliyi etdik. Söhbət Mənzil-tikinti kooperativlərinin idarə edilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakından gedir”. Bunu deputat Elmira Axundova deyib. O bildirib ki, çoxları çoxmərtəbəli binalarda yaşayırlar, yaxud qohum və yaxınlarından o mənzillərdəki vəziyyətdən xəbərdardırlar: “Hər yerdə vəziyyət demək olar eynidir: bina inşa edilir, inşa edən şəxs əlbəttə ümumi yığıncaq keçirmədən özünün qohumunu və ya etibar etdiyi şəxsi binaya kommendant təyin edir. Binanın saxlanması (zibilin daşınması, mənzilin mühafizəsi, podyezdlərdəki işıq, liftin saxlanması və s.) və cari təmir üçün yenə də sakinlərin razılığı olmadan aylıq ödəniş müəyyən edir. Insafnan desək, ödəniş o qədər də böyük deyil, həh halda novostroykada mənzil alan onu ödəmək qabiliyyətindədir.
Bundan sonra kommendantın əsl əzablı günləri başlayır. Bir çox sakinlər “podyezd” və liftin saxlanması üçün pul ödəməkdən illərlə yayınırlar, hətta elələri var ki, bu və ya digər kooperativdə mənzil aldıqdan indiyə qədər bir qəpik belə ödəməyiblər. Kommendantların mənə dediyinə görə bəzi sakinlərin borcu 7-8 min manata qədər qalxıb. Belə halda praktiki olaraq kommendant tam gücsüzdür, o, öz sakinlərini yalnızca alicənablığa və vicdanlı olmağa dəvət edə bilər, onun su, işıq, qazı kəsmək səlahiyyəti yoxdur.
Bir çox sakinlər deyirlər ki, sadəcə prinsip xatirinə pul ödəmirlər, çünki kommendanta inanmırlar və düşünürlər ki, o, pulu binanın sahibi ilə bölüb onsuz da yarısını ciblərinə qoyurlar. Bunda da həqiqət payı var. Nəticədə bütün çoxmərtəbəli binalarda sakinlərin sadəcə 30-40 faizi ödəniş edirlər. Bu pula isə binanı normal vəziyyətdə saxlamaq mümkün deyil. Buna görə bir çox, hətta yaxın zamanlarda inşa edilmiş binalar görkəmsiz forma alıblar: dağılmış podyezdlər, qırıq liftlər, binanın tökülmüş üz kraskası.
Yuxarıda deyilənlərlə əlaqədar mən Mənzil Məcəlləsinin yeni qaydalarını, xüsusən 141-1-ci maddəni alqışlayıram, hansındakı çoxmənzilli binanın idarə edilməsi qaydasından danışılır. Hər şeydən əvvəl öz sakinləri ilə müqavilə bağlanması qaydası, və bu müqavilələrdə mənzil-kommunal xidmətləri üçün vaxtlı-vaxtında ödənişlərin edilməsini nəzərdə tutulan bəndlər və digər bütün müddəlar qeyd oluna bilər.
Bununla belə 141-1.1-ci bənd məndə sual doğurur, orada deyilir ki, “çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir” və Bakı və digər regionlarda inşa edilən bütün çoxmənzilli binalar binanın idarə edilməsi müqaviləsi bağlanmaqla bu qaydalara tabe olacaq və onun müddəalarına əməl edəcəklər.
Birinci sual, axı MTK-lar heç bir icra hakimiyyəti orqanına tabe deyillər, onlar müstəqildirlər. Qanunda deyilir ki, MTK-lar yekun nəticədə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidirlər. Onlar necə tabe olmadıqları hansısa icra hakimiyyəti orqanının qaydalarına tabe olacaqlar? Deməli, MTK-ların, sonra isə Müştərək cəmiyyətlərin tabeliyini və hansısa yuxarı instansiya qarşısında maliyyə məsuliyyətini qanunda əks elətdirmək lazımdır ki, sonradan sual əmələ gəlməsin.
İkincisi, hətta müqavilənin bağlanması vəziyyəti dəyişməyəcək (bir çox MTK-larda sakinlərlə müqavilə bağlanır, lakin onlar kağızda qalırlar), çünki binanın saxlanması üçün ödəniş etməyənləri ödəniş etməyə, kommendantı isə öz vəzifələrini vicdanla icra etməyə məcbur edəcək real icra mexanizmi yoxdur. Osakinlərdən ödənişin alınması ancaq məhkəmə yolu ilə mümkündür, bu isə bildiyiniz kimi uzun və üzücü bir prosedurdur və bir çox idarə edənlər bu yola sadəcə müraciət etmirlər. Çoxmənzilli binalarda ümumi yığıncaq olmur, idarəetmə ilə bağlı seçki keçirilmir, ümumiyyətlə hər hansı bir normal sənədləşmə işidə aparılmır.
Köhnə çoxmənzilli binalarda – xruşovka, doqquzmərtəbələrdə vəziyyət daha acınacaqlıdır. O binalara girmək belə qorxuludur, liftlərə isə təhlükəlidir. JEK adlanan qurum bu binaların cari təmirindən uzaq düşüblər, sakinlər isə bu məqsədlə pul verməyə öyrəşməyiblər. Bir çoxlarının isə buna sadəcə vəsaiti yoxdur, onlar qaz və işıq pulunu güclə çatdırırlar. Ona görə də bizim bir çox beş və doqquzmərtəbələr bombardımandan zədə görmüş binalara bənzəyirlər. Onları sökmək hər hansı dəyişiklik etməkdən daha rahatdır.
Bütün mənzil-kommunal təsərrüfatı sistemini yenidən qurmaqla problemi kökündən həll etmək lazımdır. Halbuki bu sistemi həqiqətən ağılnan qura bilən adama mən Nobel mükafatı verərdim. Buna görə mən təklif olunan dəyişiklikləri ümumilikdə dəstəkləyirəm, lakin hesab edirəm ki, bu kifayət etmir və Mənzil Məcəlləsinə daha radikal və müasir dəyişikliklər etmək lazımdır ki, bu sahədəki vəziyyəti yaxşılığa doğru dəyişmək mümkün olsun”.
Elməddin