Bit bazarından 10 dollara (təqribən 17 manat) aldığı üzük ona yüz minlərlə dollar qazandırdı. Dünyanın ən məşhur hərrac evlərindən biri hesab edilən Londondakı "Sotheby's"də qeyri-adi satış baş tutub. Adı açıqlanmayan bir şəxs 1980-cı illərdə bit bazarından sadə bir üzük alıb. Bunun üçün o satıcıya 10 dollar pul ödəyib. İllərlə üzüyün kostyum dekorasiyasının bir hissəsi olduğu zənn edilib. İllər sonra sahibi əslində almaz olan üzüyü zərgərə göstərmək qərarına gəlib. Onun həqiqi dəyəri də məhz bu zaman ortaya çıxıb. Onun üzərindəki briliyantın 26 karat olduğu, xüsusi rəngi və cizgiləri ilə fərqləndiyi üzə çıxıb. Üzüyün sahibi olan xanım aldığı dövrdən demək olar ki, onu barmağından çıxarmayıb. Hətta təsərrüfat işləri zamanı üzük onun barmağında olub. Xoşbəxtlikdən bahalı qaşa heç bir ziyan dəyməyib. Üzüyün ilkin qiyməti 250-350 min funt sterlinq (551-771 min manat) olub. Lakin hərracda qiymət 656 750 min funt sterlinqə (təqribən 1 448 068.075) kimi qalxıb. Zİnət əşyasının 1800-cü illərə aid olduğu ehtimal edilir. Onu alan şəxsin adı açıqlanmır.(İstiPress)