Maşın bazarında yeni qayda: Hər təkərə görə 1 AZN, maşına görə 2 AZN - VİDEO

12:30 - 8 İyun 2017 - İQTİSADİYYAT

İcarə haqqının qaldırılması və bir sıra əlavə ödənişlər sahibkarların narazılığına səbəb olub. Görüntülər paytaxtın Xətai rayonunda Babək prospektində yerləşən və ''Maşın bazarı'' kimi tanınan ticarət mərkəzindəndir. Ucnoqta.az xoxutv-yə istinadən xəbər verir ki, burda təkər satışı ilə məşğul olanlar deyir ki, bir neçə gündür bazar rəhbərliyi icarə qiymətlərini və vergi ödənişini qaldırıb. Sahibkarlar deyir ki, hər ay mağazanın icarəsi üçün 1800 manat və əlavə olaraq 270 manat vergi pulu verirlər. Bundan əlavə, vergi adı ilə yığılan pullarının məbləğinin də artırılması mağaza işlədənləri özündən çıxarıb. Onlar deyir bazar rəhbərliyinə vergi pulu kimi ödədikləri məbləğ heç vergilər nazirliyinə çatdırılmayıb. Çünki vergi müfəttişləri tərəfindən ödəniş etməmələrinə görə cərimələniblər. Gün boyu bazarda təkər satılan mağazalar bağlanıb və sahibkarlar yığışaraq bu vəziyyətin dəyişməsini tələb ediblər. Lakin bazar rəhbərliyindən bir nəfər bildirib ki, icarə pulu, eyni zamanda vergi ödənişi 50 manat qaldırılıb. Səbəbinə gəlikdə isə həmin şəxs bunun bazarın sahibinin göstərişi ilə edildiyini dedi.

 

Xəbər xətti