Gənc oğlan dostları ilə əylənmək üçün atasının "Nissan Elgrand" markalı avtomobilini icazəsiz götürərək kütləvi qəzaya səbəb olub. Həttda ata işə getməzdən əvvəl maşının təkərlərinin havasını boşaldıb. Lakin bu da maşını xilas edə bilməyib. Hadisə Rusiyanın Primorye əyalətində baş verib. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı oğlan öncə küçədə park olunmuş mikroavtobusu vurub. Mikravtobus da digər avtomobilə dəyib. Magistral yolda isə "Nissan Liberty" markalı avtomobilə toxunub və idaretməni itirən yeniyetmə qarşı yola çıxıb. Sonrada gənc, park halında dayanmış "Toyota Verossa" markalı avtomobilə çırpılıb. Zərbənin şiddətindən az qala piyadalara xəsarət yetrəcəkdi. İlkin məlumata görə, xəsarət alan olmayıb. Polis hadisənin başvermə səbəblərini araşdırır.
Namiq