Çin zooparklarından birinin nəzarətçiləri üç pələngi qəddarcasına diri uzunqulaqla qidalandırıblar. İnsident, təqribi olaraq Çançjou şəhərində baş verib. Kadrlardan bir neçə zoopark əməkdaşının hürkmüş uzunqulağı necə diri-diri pələnglərin olduğu nohura atdığı, bir neçə dəqiqədən sonra isə yırtıcılardan birinin heyvana hücum etdiyi aydın görünür. "Daily Mail" qeyd edir ki, yırtıcılar öz şikarlarını saat yarım ərzində yeyiblər.("report")