Tanınmış teleaparıcı Vüsalə Səidinin canlı efirə halı pisləşib. “Qafqazinfo” xəbər verir ki, hadisə Səidi Lider TV-də yayımlanan “Səda” xəbərlər proqramında efiri Nurlan Vilayətoğluna ötürərkən baş verib. Nurlan idman xəbərləri barədə məlumat verən zaman V. Səidin halı pisləşib, əlini başına qoyub, daha sonra özünü toparlaya bilib. “Qafqazinfo” hadisə ilə bağlı teleaparıcının özü ilə əlaqə saxlayıb. Vüsalə Səidi canl efirdə təzyiqinin aşağı düşdüyünü qeyd edib: “Elə böyük bir şey olmayıb. Təzyiqim anidən düşdü. Özüm də bilmədən əlimi efirdə qaldırmışam. Başıma heç vaxt belə bir şey gəlməmişdi. Düşünürdüm ki, əlimi qaldırmamışam. Daha sonra görüntüləri izlədim, gördüm ki, əlimi başıma qoymuşam. İndi hər şey qaydasındadır”.