Braziliyada xanımlar ənənəvi "Miss Bum Bum" yarışmasının qalibi olmaq üçün həyatlarını təhlükəyə atıblar. Braziliya polisinin gizli kamerayla tutduğu bir klinikada qadınların ombalarına istifadəsi qadağan dərmanların vurulduğu ortaya çıxıb. Bildirilir ki, adı açıqlanmayan xanım yarışmada qalib adını qazanmaq üçün ombasına mənşəyi məlum olmayan maddələr yeridir. 4 il əvvəl iştirakçılardan biri oxşar tibbi müdaxilə nəticəsində həyatını itirmişdi. Braziliyanın San-Paulu şəhərində məşhur "Miss Bum Bum" müsabiqəsi başlanıb. Müsabiqədə ən gözəl ombaları olan xanım seçiləcək. Ombanın ölçüsü 107 sm-dən çox olmamalıdır. Həmçinin silikondan istifadə edən qadınlar yarışa buraxılmayacaq. Yarışda ölkənin müxtəlif ştatlarından olan 27 qadın seçiləcək. Final mərhələsinə çıxmış iştirakçılar noyabrda keçiriləcək son şouda qələbə uğrunda mübarizə aparacaq.(istipress)