Sahibkardan baş nazirə ŞOK SÖZLƏR: “Gedin, rəisin ayaqqabısını yalayın” - VİDEO

15:14 - 11 May 2017 - Xəbər

Ermənistanın hökumət binası önündə sahibkar Vardqes Qaspari etiraz aksiyası keçirib. Sahibkar baş nazir Karen Karapetyanı “oğurluğun xaç atası” adlandırıb. “Karen Karapetyan “primitiv oğurluğun xaç atası”dır”, - da sahibkar hökumət binasının önündə çıxış edib. “Epress” saytının məlumatına görə, erməni sahibkar Gürcüstandan adi malları - elektrik gərginliyini ölçən cihazlar, televizor pultları, istilik requlyatorları və s. idxal edir. Lakin “Zvartnos” gömrüyünün müdiri ona Gürcüstan mallarını idxal etməyə icazə vermir və qeyd edir ki, əmr yuxarıdan verilib. Vardqes Qaspari baş naziri, eləcə də hökuməti istefaya çağırıb. Məlumata görə, iki polis əməkdaşı ona aksiyanı davam etdirməyə imkan verməyib. Polislər sahibkara hücum edərək, plakatı əlindən alıblar. Lakin Vardqes Qaspari ilə birlikdə digər insanlar da aksiyaya qoşulub. Polislər isə onlara zorakılıq tətbiq edib. “Siz necə insanlarsınız? Adamı infarkta qədər çatdırırsınız? Gedin, Vova Qasparyanın (polis rəisi) ayaqqabısını yalayın”, - deyə nümayiıçilər polislərə qışqırıblar.( publika.az)

 

Xəbər xətti