FİFA 11 milli assosiasiyanı cərimələyib. Buna həmin ölkələrin yığma komandalarının azarkeşlərinin 2018-ci il dünya çempionatının seçmə oyunları zamanı diskriminasiyalı və qeyri-idman hərəkətləri səbəb olub. FİFA sanksiyalarına məruz qalan assosiasiyalar bunlardır: Honduras (65 min avro), Albaniya (50), Salvador (45), Meksika, Peru, İtaliya (hər üçü 30), Argentina, Paraqvay (hər ikisi 25), Kanada, Çili, Braziliya (hər üçü 20). Qurumdan o da bildirilib ki, Çili Futbol Assosiasiyası 2016-cı ilin mayından tətbiq olunan sınaq dövründə daha bir qayda pozuntusuna yol verib. Bu səbəbdən, Çili və Venesuela arasındakı DÇ-2018-in seçmə qrup matçı 2017-ci il martın 28-də azarkeşsiz keçiriləcək.