Bu gün Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Yaşıl meydanlara ilk olaraq "Qarabağ" çıxacaq.
Ağdam klubu Avropa Liqasının qrup mərhələsində ardıcıl 3-cü mövsümünün startını edəcək.
Qurban Qurbanovun komandası Çexiyanın "Slovan" klubunu qəbul edəcək.
Matç əvvəlcədən nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda yox, "Dalğa Arena"da keçiriləcək. Ağdam klubunun qarşılaşması "Qəbələ"nin matçından əvvəl başladığından, bu, cari mövsümdə qrupda açılış matçımız olacaq.
"Qarabağ"ın heyətlə bağlı əsas problemi mərkəz müdafiəçisi Bədavi Hüseynovun zədə üzündən heyətdən kənarda qalmasıdır. Rəqibdə də əsas mərkəz müdafiəçilərindən biri - kapitan Lukaş Pokornı həmin səbəbdən meydana çıxa bilməyəcək.
Roman Qriqorçukun komandasına gəldikdə isə o, Belçikada yerli "Anderlext"in qonağı olacaq. Brüsseldəki matç Bakı vaxtilə saat 21:00-da başlayacaq.
"Qırmızı-qaralar" ötən mövsüm qrup mərhələsində debüt edib və 2 xalla sonuncu yeri tutub.
Avropa Liqası, I tur
15 sentyabr
19:00. "Qarabağ" (Azərbaycan) - "Slovan" (Çexiya)
Baş hakim: Stefan Klossner
Yan xətt hakimləri: Raffael Zeder, Con-İves Uiçt
Əlavə hakim-köməkçiləri: Alan Byeri, Saşa Amhof
Dördüncü hakim: Yohannes Vogel
Hakim-inspektor Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
Bakı. "Dalğa Arena" stadionu
21:00. "Anderlext" (Belçika) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Harald Laxter
Yan xətt hakimləri: Maksimilan Kolbits, Andreas Neydenreys
Əlavə hakim-köməkçiləri: Markus Hameter, Aleksander Harkam
Dördüncü hakim: Andreas Staudinger (hamısı Avstriya)
Hakim-inspektor Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi Emil Ubias (Çexiya)
Brüssel. "Konstant van den Stok" stadionu