"Neftçi" PFK rəsmi məlumat yayıb. Klubun saytında verilmiş məlumata görə, əsas komandanın son oyunlardakı uğursuz nəticələrini, Müşahidə Şurasının 28.08.2016-cı il tarixdə keçirilmiş iclası zamanı klubda islahatların davam etdirilməsi haqqında qərarlarını, eyni zamanda 09.09.2016-ci il tarixdə klubun səhmdarları ilə keçirilmiş görüşdə bu qərarların ən qısa zamanda yerinə yetirilməsi barədə nəticəyə gəlinməsini nəzərə alaraq, "Neftçi” PFK aşağıdakı qərarları qəbul edib:
- Vəli Qasımov "A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;
- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;
- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;
- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.
"Neftçi” yuxarıda adları sadalanan şəxslərə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır.
Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.