Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın növbədənkənar Konqresi keçirilib.Qol.az-ın xəbərinə görə, tədbirdə qitənin ali futbol qurumuna yeni prezident seçilib. Seçkidə Azərbaycan da daxil olmaqla UEFA-nın üzvü olan 55 futbol federasiyası səs verib.
Qeyd edək ki, prezidentliyə iki nəfər – Aleksander Çeferin (Sloveniya) və Mixael van Praaq (Hollandiya) iddia edib. Seçkinin nəticəsinə əsasən, Aleksander Çeferin UEFA-nın yeni prezidenti seçilib. O, 42, rəqibi isə 13 səs yığıb.
Bir müddət əvvəl AFFA rəsmi şəkildə bəyan etmişdi ki, seçkidə Aleksander Çeferinin namizədliyini dəstəkləyəcək.
Qeyd edək ki,UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.
Əlavə edək ki, qurumun prezidenti Mişel Platini rüşvət almaqda təqsirləndirildiyi üçün FIFA tərəfindən futboldan uzaqlaşdırılıb.