Azərbaycan rusiyalı paralimpiyaçıların 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına buraxılmaması səbəbindən verilən 3 lisenziyadan imtina edib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, azərbaycanlı paralimpiyaçılar özlərinin qazandıqları lisenziya əsasında Oyunlara qatılıblar.
İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyaları alınaraq, digər ölkələrə paylanılıb.
Qeyd edək ki, XV Yay Paralimpiya Oyunlarına Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.