Çərşənbə axşamı Los-Ancelesdə "Metrolink" qatarı ilə yük maşınının toqquşması nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli KTLA teleşirkəti məlumat yayıb.
Altı vaqonlu qatarda ümumilikdə 187 sərnişin olub.
Hadisə yerinə 13 "təcili yardım" və 75 yanğınsöndürən maşın gəlib.
Xoşbəxtlikdən heç kim, eləcə də yük maşınının sürücüsü ağır xəsarət almayıb.